Azedu.az

Dilçilik İnstitutunun direktoru: Reklamlarda ana dilini kobud şəkildə pozurlar  

Elmi institut və təşkilatlar

19 Oktyabr 2018, 13:19
Dilçilik İnstitutunun direktoru: Reklamlarda ana dilini kobud şəkildə pozurlar  

Dil xalqın varlığıdır, ən böyük milli sərvətidir, bizim dilimiz dünyanın ən öndə gedən qədim, ən zəngin dillərindən biridir.

AzEdu.az-ın məlumatına görə, bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfransda deyib:

"Azərbaycan müstəqillik qazandıqdan sonra müstəqil televiziyalar, radiolar, KİV-lər yarandı və dildə peşəkarlıq da getdi. Hər kəsin borcudur ki, ana dilini qorusun, ana dilində düzgün danışsın".

Onun sözlərinə görə, təəssüf ki, ana dilini bəyənməyənlər, öz dilində danışanlara xor baxanlar var: "Reklamlarda ana dilini kobud şəkildə pozurlar. Dil çox böyük dəyərdir, sərvətdir, hamımız bunu qorumalıyıq".

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox