Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-05 12:04:05
Tanınmış pedaqoq məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, görüş dekabrın 6-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə baş tutacaq.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov olacaq.  

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.