Azedu.az

UNEC-in gənc müəllimi Rusiyada keçirilən Gənc Alim Məktəbində iştirak edib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

30 Noyabr 2023, 11:00
UNEC-in gənc müəllimi Rusiyada keçirilən Gənc Alim Məktəbində iştirak edib

UNEC-in “İqtisadiyyat” kafedrasının müəllimi Aslan Əzimzadə Rusiyanın Kalininqrad şəhərində keçirilən “Elm, təhsil, cəmiyyət: qlobal sosial-iqtisadi transformasiyalar dövründə tendensiyalar və inkişaf perspektivləri” mövzusunda Gənc Alim Məktəbində iştirak edib.

 

AzEdu.az xəbər verir ki, A.Əzimzadə tədbirin dəyirmi masasında "Çoxqütblü dünyanın formalaşması şəraitində beynəlxalq valyuta münasibətlərinin yeni üfüqləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzənin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

 

Rusiya, Almaniya, Fransa, Hindistan, Qırğızıstan və digər ölkələrin gənc alimlərinin iştirak etdiyi tədbir 2 gün davam edib.

Ramiz Mehdiyevdən ŞOK HİYLƏGƏRLİK: Görün, nə etdi?!
Son xəbərlərDaha çox