Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-29 14:01:00
Deputat: Qarabağ Universiteti Azərbaycanın ən aparıcı ali məktəbi olacaq!

Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndidə Qarabağ Univeristetinin yaradılma ideyası reallaşdı.

 

Maraqlıdır, Qarabağ Universitetində təhsilin inkişafı üçün hansı addımlar atılacaq?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Qarabağ Universiteti ali təhsil almaq istəyənlər üçün böyük bir fürsət olacaq:

 

 Açıklama yok.

 

“Bu universitetin yaradılması məhz Qarabağda və Şərqi Zəngəzurda kadr potensialının gücləndirilməsi və həmin ərazidə yaşayacaq Azərbaycan vətəndaşlarının ali təhsil alması üçün əla bir imkan olacaq. Azərbaycanın müxtəlif şəhər və rayonlarında universitetlər var. Region universitetlərin inkişafına Azərbaycan dövləti çox böyük önəm verir. Bu baxımdan da Xankəndidə Qarabağ Universitetinin yaradılması və inkişaf etdirilməsi üçün Azərbaycanın aidiyyətı qurumları lazımi tədbirləri görəcək”.

 

Deputat qeyd edib ki, yaradılan yeni ixtisasların Qarabağ Universitetində tədris olunması zərurətə çevrilib:

 

“Bütün bunlarla yanaşı biz unutmamalıyıq ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl ərazi elan olunub. Burada “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları reallaşdırılır. Müasir dövrün tələblərinə cavab verəcək şəhər, rayon və qəsəbələr tikilir. Bütün infrastruktur layihələr müasir dövrün tələblərinə cavab verir. Gələcək ixtisasların məhz Qarabağ Universitetində tədris olunması, düşünürəm ki, vacibdir. Eyni zamanda, gələcəkdə əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə təhsil verilməsi təkcə yerli deyil, xarici tələbələrin də cəlb olunmasına böyük dəstək verəcək”.

 

Həmsöhbətimiz son olaraq söyləyib ki, Qarabağ Universiteti Azərbaycanın top 10 universitetindən biri olacaq:

 

“Hesab edirəm ki, Qarabağ Universiteti ən qısa zamanda Azərbaycanın ən aparıcı universitetlətindən biri ola biləcək. Çünki dövlət qayğısı və diqqəti bu universitetin üzərində olacaq.Çox faydalı və uğurlu bir fəaliyyətin baş tutacağına inanıram”.

 

“Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur”

 

Bu sözləri  Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 Açıklama yok.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır:

 

"Məlumdur ki, "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin evlərlə, həmçinin işlə və bunlara paralel olaraq onların təhsil almaq hüququnun təmin edilməsinə ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur".

 

Həmsöhbətimiz son olaraq vurğulayıb ki, Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daimi bu məsələ diqqətdə saxlanılıb:

 

"Bu baxımdan ali təhsil müəssisəsinin ilk olaraq məhz Xankəndidə yaradılması xüsusilə vacibdir. Bu addım həm də regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq. Bu təhsil ocağı 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə ümumiyyətlə, fəaliyyətini dayandırıb".