Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-24 15:22:00
“İngilis strukturalizmi müstəqil dilçilik məktəbi kimi” - yeni nəşr

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri professor İlham Tahirovun “İngilis strukturalizmi müstəqil dilçilik məktəbi kimi” kitabı çap olunub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, yeni nəşrdə Britaniyada ilk ümumi dilçilik professoru Con Rupert Försün bu sahə ilə bağlı görüşləri, dilçilik məktəbinin əsas simaları və onların fəaliyyət istiqamətləri araşdırılıb. Həmçinin ingilis strukturalizminin tədqiqi tarixi, ingilis strukturalizmi linqvistik strukturalizmin müstəqil istiqaməti kimi, ingilis strukturalizminin linqvistik və semantik ideyalarının müasir dilçilikdə inkişafı məsələləri tədqiq olunub.

 

Kitabın redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Məsud Mahmudov, dosentlər Baba Məhərrəmli və Gülşən Axundovadır.