Azedu.az

“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat davam edir

21 Noyabr 2023, 11:28
“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat davam edir. İştirak etmək istəyən şagirdlər 15 dekabradək //sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçməlidirlər.

 

AzEdu.az xəbər verir ki, müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək. 

 

Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.

 

Müsabiqə ilə bağlı ətraflı məlumatı qeyd olunan linkdən əldə edə bilərsiniz: //bit.ly/3MrX9hu

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox