![](https://azedu.az/uploads/news/2023/11/azedu.az_1700468598655b177637436_357.jpg)
Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) İnşaat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “AzMİU Academy”nin növbəti məzunlarının təltif edilməsi mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, təltif etmə mərasimində AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, İnşaat fakültəsinin dekan müavini Tural Əliyev və tələbələr iştirak ediblər.
Mərasimdə çıxış edən “AzMİU Academy”nin rəhbəri Eldar Süleymanlı kursların fəaliyyəti barədə məlumat verib. O, tələbələr tərəfindən kurslara marağın böyük olduğunu bildirib. Qeyd edib ki, ikinci tədris ilində 164 tələbə kurslara müraciət edib. Onlardan 50 nəfəri kursları yüksək nəticə ilə bitirib.
Bildirək ki, layihə universitet tələbələrinin mühəndis proqramlarını daha yaxşı mənimsəməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, müasir təhsil texnologiyalarının formalaşmasına təkan verir. Burada “Autocad”, “3D Max”, “Adobe İllustrator”, “Adobe Photoshop”, “Corel Draw”, “Ofis” proqramları ödənişsiz tədris olunur.
Sonda universitetin rəhbər heyəti “AzMİU Academy”ni müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim edib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)