Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-20 16:45:28
"Şagird-məzun" sistemi üzrə seminarlar keçirilib

2023-cü ilin 15-17 noyabr tarixlərində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə Quba-Xaçmaz, Lənkəran-Astara, Mil-Muğan və Şirvan-Salyan regional təhsil idarələrinin və tabeliklərində olan rayon təhsil sektorlarının məsul şəxsləri, peşə liseyləri, həmçinin ümumtəhsil müəssisələrinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün 2023/2024-cü tədris ili üzrə təsdiqlənmiş təqvim planı, buraxılış sinif məzunlarının yekun attestasiyası, şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı seminarlar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarlarda Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun baş məsləhətçisi Hidayət Cavadlı “Şagird-məzun” sisteminin yeni funksional imkanları və istifadə qaydaları ilə iştirakçıları əyani olaraq tanış edib, işin gedişində yarana bilən problemlərin aradan qaldırılması yolları barədə geniş məlumat verib.

 

Bundan əlavə, seminarlarda təqvim planına uyğun olaraq görüləcək zəruri işlər müzakirə edilib və iştirakçıların müvafiq sualları cavablandırılıb.