Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-18 17:49:24
Pedaqoji işçilərin 87,5 faizi ali, 9,8 faizi orta ixtisas, 2,7 faizi tam orta təhsillidir

Azərbaycanda Elm və Təhsil Nazirliyi sistemi üzrə 178 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bunun 92-si uşaq idman-şahmat məktəbləri, 86-sı isə uşaq-gənclər inkişaf mərkəzləridir.

 

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” adlı məcmuəsində əks olunub.

 

Məcmuədə bildirilir ki, 2023-cü ilin əvvəlinə olan məlumata görə, məktəbdənkənar təhsil müəssisələrində 928 pedaqoji işçi çalışır. Onların 87,5 faizi ali, 9,8 faizi orta ixtisas, 2,7 faizi tam orta təhsillidir.