Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-10 11:13:58
UNEC-in 3 tədqiqatçısı “Dünyanın ən nüfuzlu elm adamları” siyahısında...

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tədqiqat mərkəzlərinin daha üç tədqiqatçısı Amerikanın Stanford Universitetinin hazırladığı “Dünyanın ən nüfuzlu elm adamları” reytinq sıralamasında yer alıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, dünya elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda UNEC Kompozit Materiallar Elmi-tədqiqat Mərkəzindən professor Abdulla Sofiyev, UNEC Avropa İqtisadiyyatı Mərkəzindən dosent Elxan Riçard Sadik-Zada, UNEC Beynəlxalq Nanotexnologiya və Biokimyəvi Toksikologiya Tədqiqat və Təhsil Mərkəzinin tədqiqatçısı dosent Aziz Eftexari də yer alıblar.

 

Qeyd edək ki, Stanford Universitetinin reytinqləri “Elsevier”in “Scopus” verilənlər bazasına əsaslanır.