Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-02 09:15:00
“Nobel həftəsi” başlayır

Oktyabrın 2-dən “Nobel həftəsi” başlayır.

 

AzEdu.az “nobelprize.org” saytına istinadla xəbər verir ki, oktyabrın 2-də fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək.

 

Oktyabrın 3-də fizika, 4-də kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

 

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 5-da bəlli olacaq. Oktyabrın 6-da sülh və nəhayət, oktyabrın 9-da iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.