Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-29 17:21:24
Tələbələri “Code for future” təhsil layihəsi barədə məlumatlandırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri  Code Academy ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Code for future” layihəsi barədə məlumatlandırılıblar. 

 

AzEdu.az xəbər verir ki, sosial məsələlər üzrə prorektor Orxan Naqdiyev qonaqları salamlayıb, onları AzMİU-da görməkdən məmnunluğunu ifadə edib. AzMİU və Code Academy arasında uğurlu əməkdaşlıqdan danışıb. 

 

“Code for future” layihəsinin təhsil meneceri Şəhriyar Məmmədli və Ülvi Səfərov layihə barədə tələbələrə məlumat verib, tələbələri bu şansdan yararlanmağa çağırıblar.

 

Qeyd edək ki, ixtisaslı mütəxəssislər tərəfindən idarə edilən layihə informasiya texnologiyaları, mühəndislik və memarlıq sahələrində ödənişsiz dərs almaq imkanı ilə yanaşı nəzəri və praktiki təcrübə qazandıracaq.

 

Layihədə iştirak etmək istəyən tələbələr qəbul imtahanına dəvət olunacaq, imtahandan uğurla keçənlər isə tədrisə cəlb olunacaqlar. Layihənin sonunda tədrisi uğurla bitirən tələbələr beynəlxalq sertifikat və Code Academy diplomu almaq şansı əldə edəcəklər. 

 

Daha ətraflı məlumat almaq və müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: 

https://forfuture.code.edu.az/