Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-29 17:15:51
Məktəb direktorları üçün maarifləndirici görüş...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı maarifləndirici görüş keçirilib.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Görüşdə Təhsilin keyfiyyətinə nəzarət sektorunun nümayəndəsi Nazim Bağırov bildirib ki, ötən dövr ərzində təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, müvafiq məsələlərin aradan qaldırılması, rəhbər-işçi, müəllim-şagird münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi tədbirlərə əsaslanan ardıcıl islahatlar həyata keçirilib.

 

Paytaxtdakı təhsil müəssisələrinin rəhbərləri ilə məktəblərdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparıldığı və təlimatlandırıcı tövsiyələr verildiyi bildirilib.