Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-14 11:08:23
Bu müəllimlər sertifikasiyadan həmişəlik azaddırlar – Şərt var  

Məlum olduğu kimi, Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesi başa çatmaq üzrədir.

 

 

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, 2026-cı ilə qədər bütün fənn müəllimləri sertifikasiya prosesindən keçəcək.

 

 

Bu hallarda müəllimlər sertifikasiya imtahanından azaddır:

 

 - Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);


- İlk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;

 

 

 

Bəs hansı müəllimlər sertifikasiya prosesindən həmişəlik azad olunacaq?

 

 

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bu mövzuya aydınlıq gətirib:

 

“Bu il sertifikatlaşdırmadan keçən müəllimlər 5 il sonra yenidən sertifikasiyaya cəlb olunacaqlar. Müəllimlər "Bir dəfə keçdim, sertifikatlaşdırma artıq bitdi” deyə düşünməməlidir. Müəllimlik davamlı inkişafı tələb edən bir peşədir. Sertifikatlaşdırmanın əsas məqsədi də budur. Qaydalar onu tələb edir ki, müəllimlər 3 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır. 15 il ərzində prosesdən 3 dəfə uğurla keçən müəllimlər sertifikatlaşdırma prosesindən həmişəlik azad olunacaqlar".