Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 17:55:05
Təhsildə güzəşt vətənə xəyanətdir - Nazir 

 

“Müəllimlərin işə qəbulunda yüksək bal toplamış müəllimlər var ki, hələ onları işlə təmin edə bilməmişik. Yəni bizim təhsil müəssisələrində müəllim çatışmazlığı problemi yoxdur”.  

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

 

Nazir vurğulayıb ki, il ərzində ümumi təhsil müəssisələrində 8 min vakant yerimiz olur:

 

“Bu isə böyük rəqəm deyil.

 

Ona görə müəllim çatışmazlığı problemi yoxdur. Odur ki, təhsilin keyfiyyətinin daha da artırılması bizim hədəfimizdir. Təhsil sahəsində güzəşt  vətənə xəyanətdir. Ona görə də yüksək bal toplayan müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün şərait yaradılacaq”.