Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-02 16:17:00
ADNSU-ya ilkin mərhələdə 3405 tələbə qəbul olunub

Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul planı ilk mərhələdə 94,45 faiz yerinə yetirilib.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, 2023-2024-cü tədris ilində I ixtisas qrupu üzrə ADNSU üçün ayrılmış 3605 yerdən 3405 yerə tələbə qəbul olunub.

 

Universitetdə üç dildə - Azərbaycan, ingilis və rus dillərində 30 ixtisas üzrə tədris aparılır. Bunlardan 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib.