Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-30 13:08:00
Müəllim işə qəbul olur, məktəb vakansiya yoxdur deyir - Rəsmi AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə müəllimlərin işə qəbulu prosesi ilə bağlı şikayətlər mövcuddur. İştirakçılardan bəziləri imtahanın hər iki mərhələsini keçir, amma düşdüyü məktəbdən vakant yerin olmadığı bildirilir. Səbəb olaraq deyilir ki, bizim müəllimə ehtiyacımız yoxdur, saatımız azdır, pensiyaya çıxan yoxdur və s.

 

Bəs bu iddialar nə dərəcədə doğrudur? Belə olan halda müəllimlər nə etməlidir və haraya müraciət etməlidir?

 

Məsələ ilə bağlı AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki, bu kimi hallarda mütləq rəsmi şəkildə Elm və Təhsil Nazirliyinə müraciət olunmalıdır:

 

“Həm çağrı, həm də vətəndaş qəbul mərkəzimizə bu kimi əssasız şikayətlər daxil olur. Belə olan hallarda şikayətçi olan şəxs rəsmi qaydada Elm və Təhsil Nazirliyinə müraciət edə bilər. Beləliklə, şəxsin şikayəti aidiyyatı qurum üzrə araşdırılacaqdır. Araşdırılandan sonra məsələyə baxılacaq və vətəndaş məlumatlandırılacaqdır”.