Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 13:53:04
MİQ - in müsahibə mərhələsi davam edir - FOTOLAR

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov müsahibə prosesinin gedişatını izləyib.

 

Müsahibə mərhələsinin V günü  ibtidai sinif, biologiya, kimya, tarix, coğrafiya, musiqi və fiziki tərbiyə fənləri üzrə müsahibələr təşkil olunub.

 

Müsahibələrə 728 namizəd dəvət edilib.

 

Müsahibə zamanı namizədlərin peşəkar səriştəsi, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

 

Bu mərhələdə uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsindən ibarətdir.

 

Müsahibələr avqustun 18-dək davam edəcək.