Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 11:41:00
Xalq artistindən GİLEY:  “600-700 bala sevinməyək”    

 

 

Xalq artisti Faiq Ağayev təhsil eksperti olmasa da, cəmiyyətdə böyük nüfuz və dünyagörüşə malik, eyni zamanda, gündəmi də hər zaman izləyən, hadisələrə operativ reaksiya verən şəxslərdəndir.

 

O, zaman-zaman, ölkənin ictimai, siyasi və təhsil həyatında baş verən hadisələrə münasibət sərgiləyir. Xalq aristinin düşüncələri ictimaiyyətdə maraqla qarşılanır.

 

Biz də bu amili nəzərə alıb, Azərbaycanda təhsilin bugünkü vəziyyətinə dair onun fikirlərini öyrəndik.

 

Xalq artisti AzEdu.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanda təhsil səviyyəsinin yüksəlməsini istəyir:

 

“İstərdim ki, biz 600-700 bala sevinməyək. 600-700 bal toplamaq normal bir hal olsun. Məşqə gecikirəm deyən gənclərimiz olmasın.

 

 

Ümumiyyətlə, təhsil səviyyəsinin yüksəlməsini istəyirəm. Nə qədər gözəl qonşularımız, dünya ilə yaxşı əlaqələrimiz olsa da, təhsilli xalq daha çoxuna nail ola bilər. Ona görə də istəyirəm ki, hər kəs təhsilli olsun”.