
2023-08-13 10:27:00
"Ölkəmizdə İKT mütəxəssislərinə böyük ehtiyac var" - Deputat
" Ölkəmizə riyaziyyat, fizika, molekulyar biologiya, kimya, süni intellekt sahəsində mütəxəssislərə çox böyük ehtiyac var".
AzEdu.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev deyib:
"Abituriyent-“abiturientis”sözündəndir, “yığışıb gedən” mənasını verir.
Abitur - kamal attestatı mənasını verir.
Abituriyentlər ixtisas seçimi ərəfəsindədirlər. Onlar seçdikləri ixtisaslarla həyatda uğur qazanmalıdırlar. Səhv seçim işsiz qalmağa gətirib çıxarır. Əlbəttə ki, kamal attestatı alanların hamısı Ali məktəblərə daxil ola bilmirlər. Müasir gənclik 4-cü Sənaye İnqilabı dövrünün peşələri barədə düşünməlidirlər. İndiki dövrdə gənclərin yüksək texniki peşə təhsilinə yiyələnmələri onlar üçün yeni uğur qapıları aça bilər. Ölkəmizdə İnformasiya Kommunikasiya Texnologiyaları mütəxəssislərinə böyük ehtiyac var. Çağımızın paradiqması budur.
Bir neçə ölkənin təcrübəsinə diqqət etdikdə görürük ki, yaradılmış Silikon vadilərində milyonlarla gənc çalışır. Ölkələrinə uğur qazandırır və öz yaşayışlarını təmin edirlər. Ölkəmizə riyaziyyat, fizika, molekulyar biologiya, kimya, süni intellekt sahəsində mütəxəssislərə çox böyük ehtiyac var. Abituriyentlər bu məqama xüsusi diqqət yetirməlidirlər. Ali, Orta ixtisas və Peşə təhsli məktəbləri zamanın tələblərinə uyğun olaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmalıdırlar. Ən əsası düşünən, yaradıcı, tədqiqat aparmağı və qazandığı bilikləri tətbiq etməyi bacaran gənclik formalaşmalıdır.
Yiğışıb gedənlərə-abituriyentlərə uğurlar arzulayıram".
Bu bölməyə aid digər xəbərlər
"Ölkəmizdə İKT mütəxəssislərinə böyük ehtiyac var" - Deputat
2023-08-13 10:27:00
kitabı
ÇOX OXUNANLAR
28 Noyabr 2023, 11:00
Sertifikasiyada iştirak edəcək növbəti fənn müəllimləri – TARİX AÇIQLANDI
_642.jpg)
23 Noyabr 2023, 12:01
Saxta sənədlərdən istifadə edən müəllimlərin hamısı işdən azad ediləcək
_314.jpg)
29 Noyabr 2023, 16:03
İki fənn tədris edən müəllimlərin sertifikasiyası necə olacaq? -RƏSMİ CAVAB

30 Noyabr 2023, 16:42
Növbəti sertifikasiyaya hansı fənn müəllimlərinin cəlb olunacağı AÇIQLANDI

26 Noyabr 2023, 18:16
89 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA

24 Noyabr 2023, 13:05
Təhsil İdarəsinə yeni müdir təyin edildi

28 Noyabr 2023, 10:55
Şagirdi döydüyü iddia edilən idarə müdiri işdən çıxdı

25 Noyabr 2023, 22:00
Təhsil İdarəsinin müdiri 9-cu sinif şagirdini döyüb?

FACEBOOK