Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-13 09:43:00
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi...

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirir.

 

Bu barədə AzEdu.az-a DİM-dən bildirilib.

 

İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 10:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

İmtahanın II mərhələsində iştirak etmək üçün 934 namizəd qeydiyyatdan keçib. Onlardan 294 nəfəri oğlan, 640 nəfəri qızdır. 756 namizəd Azərbaycan bölməsinin, 178 namizəd rus bölməsinin, 336 namizəd cari ilin, 598 namizəd isə əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 898, Naxçıvan şəhərində isə 36 namizədin imtahan verəcəyi gözlənilir.

 

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 88 zal nəzarətçisi, 14 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.