Azedu.az

Peşə məktəblərinə müraciətlər artıb

Maraqlı

Peşə təhsili-faydalı məlumat və xəbərlər

12 Avqust 2023, 13:16
Peşə məktəblərinə müraciətlər artıb

2020-2024-cü illər ərzində peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı açıqlanıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, peşə təhsili müəssisələrinə 2020-ci ildə 11 min 814, 2021-ci ildə 14 min 876, 2022-ci ildə 22 min 16, 2023-cü ildə isə 24 min 90 nəfər müraciət edib.

 

Xatırladaq ki, 2023/2024-cü tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.

 

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin sentyabrın 1-dən 5-dək həyata keçirilməsi planlaşdırılır.

 

2023/2024-cü tədris ili üzrə tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 min 420 yer üzrə aparılıb.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox