Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 11:46:00
“Polis Akademiyasında minimal keçid 439 baldır” - Məleykə Abbaszadə 

 

“Mandatdan keçənlər 200 baldan yuxarı nəticə göstəriblərsə, onlar Daxili Qoşunlar tərəfindən təklif olunan ixtisaslara sənəd verə biləcəklər”.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalında canlı yayım zamanı II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, Polis Akademiyasında minimal keçid bal 439 balla formalaşıb:

 

"Minimal 439.3, maksimal isə 643 balla abituriyentlər qəbul olub. 600-dən yuxarı balla akademiyaya qəbul olanların sayı isə 8 nəfərdir. Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasının hüquq ixtisasına keçid balı 541 təyin olunub. Bu ixtisas üzrə 600 -dən yuxarı yığan 7 nəfər qəbul olunub. 439-dan aşağı nəticə göstərib. Polis Akademiyasına qəbul olunmayan, amma mandatdan keçənlər 200 baldan yuxarı nəticə göstəriblərsə, onlar Daxili Qoşunlar tərəfindən təklif olunan ixtisaslara sənəd verə biləcəklər”.