Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-08 10:26:18
Məktəblilərimiz olimpiadada birinci olublar

Azərbaycan məktəbliləri Böyük Britaniyanın Brunel Universitetində keçirilən "TeenEagle" beynəlxalq ingilis dili olimpiadasının final mərhələsində birincilik qazanıblar.

 

AzEdu.az xəbər verir ki, 34 ölkədən 8-18 yaş arası şagirdlərin iştirak etdiyi olimpiadada Azərbaycandan 38 məktəbli 3 kateqoriya üzrə müsabiqələrə qatılıb.

 

"TeenEagle Azərbaycan"ın rəhbəri Yaşar Zeynalov bildirib ki, dünya reytinqi üzrə birinci yeri qazanmış və qlobal elm mərkəzi sayılan “Cambridge Hall”da baş tutan mükafatlandırma mərasimində azərbaycanlı şagirdlər ümumilikdə 12 qızıl, 14 gümüş və 12 bürünc medalla təltif ediblər. Beləliklə, ümumi medal sayına görə şagirdlərimiz dünya birincisi olublar. Bundan əlavə, 3 məktəblimiz ən yüksək nəticə göstərərək 1 qızıl və 2 gümüş kuboka sahib olub, qızıl kuboku 189-190 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Nigar Quliyeva qazanıb.

 

Qeyd edək ki, "TeenEagle" beynəlxalq ingilis dili olimpiadasına seçim turları üç mərhələdən ibarət olmaqla dekabr, fevral, mart aylarında onlayn şəkildə keçirilib. Qlobal finallar dörd əsas müsabiqədən ibarət olub: bilik üzrə test, yazı müsabiqəsi, söz bilikləri və danışıq.
Şagirdlərimiz həmçinin olimpiada çərçivəsində təşkil olunan istedad müsabiqələrində milli rəqslərimiz və musiqimizi təbliğ edərək uğurla çıxış edib, birincilik qazanıblar.