Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 12:54:00
Dərs bölgüsü nəyə əsasən aparılacaq: sertfikasiya, yoxsa DQ...? - CAVAB

 

Sosial şəbəkələrdə bir çox müəllim yeni tədris ilindən dərs saatlarının hansı meyarlara əsasən bölünəcəyinə dair suala dolğun cavab tapa bilmir. Bəziləri sertifikasiya, digərləri isə diaqnostik qiymətləndirmə balına uyğun bölgü aparılacağını iddia edir. 

 

Bəs yeni tədris ilindən dərs saatları sertifikasiya, yoxsa DQ balı ilə bölünəcək?

 

AzEdu.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Elşən Ramizoğlu bildirib ki, bu barədə hələ bir təlimat yoxdur:

 

 

“Dərs saatlarını sertifikasiya ballarına görə bölünməsi haqqında heç bir təlimat və ya məktub yoxdur”.

 

 

Qeyd edək ki, "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları"nın 5.2-ci bəndinə əsasən, təhsil müəssisələrinin rəhbərləri tərəfindən heyət arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.

 

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 18 saat olmaqla müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur.

 

 

Müəllimlər arasında dərs bölgüsünün diaqnostik qiymətləndirmə nəticələrinə praporsional olaraq aparılması, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün müəyyənləşdirilmişdirilməsi zamanı isə onların öz ixtisaslarından topladığı bal nəzrə alınır.

 

Məktəblərdə vakant dərs saatlarının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən və müəllimlərin işə qəbul müsabiqəsindən toplanan ixtisas ballarına uyğun praporsional müəyyən edilməsi qaydası:

vdy = üdy – ( m1 + m2 + ... + mk ) / 40 x 36

və ya

cdy = ( m1 + m2 + ... + mk ) / 40 x 36

vdy = üdy – cdy

cdy - mövcud müəllimlərin cəmi dərs yükü

üdy - məktəbdəki ümumi dərs yükü

vdy - vakant dərs yükü

m1+ m2 + ... + mk - müəllimlərin ixtisas ballarının cəmi

Misal:

udy = 72 saat; m1 = 10 bal; m2=13 bal; m3 =24 bal

vdy = 72 – ( 10 + 13 + 24 ) / 40 x 36 = 72 - 43 = 29 saat

və ya

cdy = ( 10 + 13 + 24 ) / 40 x 36 = 42,3 ≈ 43 saat

vdy = 72 - 43 = 29 saat

 

 

Məktəblərdə dərs yükünün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən və müəllimlərin işə qəbul müsabiqəsindən toplanan ixtisas ballarına uyğun praporsional bölünməsi qaydası:

 

 

mdyn = mn / ( m1+ m2 + ... + mk ) x cdy

cdy - mövcud müəllimlərin cəmi dərs yükü

mdyn - hər bir müəllimin dərs yükü

mn - hər bir müəllimin ixtisas balı

m1+ m2 + ... + mk - müəllimlərin ixtisas ballarının cəmi

Misal:

cdy = 43 saat; m1 = 10 bal; m2 =13 bal; m3 =24 bal

mdy1 = 10 / ( 10 + 13 +24 ) x 43 ≈ 9,14 ≈ 9 saat

mdy2 = 13 / ( 10 + 13 +24 ) x 43 ≈ 11,89 ≈ 12 saat

mdy3 = 24 / ( 10 + 13 +24 ) x 43 ≈ 21,95 ≈ 22 saat