Azedu.az

“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradıldı

Elmi institut və təşkilatlar

6 Oktyabr 2018, 15:46
“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələrin yaradılması prosesi davam edir.

AzEdu.az-ın məlumatına görə, MEK-dən AZƏRTAC-a bildiriblər ki, ingilis dilində yaradılan növbəti məqalələrdə Azərbaycanın milli qəhrəmanları - Naiq Yusifovun, Mərifət Nəsibovun, Mehman Sayadovun, Firudin Şamoyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilib.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması nəzərdə tutulur.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox