Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 09:32:00
“Brend tələbə”: “Ən böyük hədəfim nazirlikdə şöbə müdiri olmaqdır” - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib. 

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Atabəy Rəşidlidir. 

 

- Özünüzü oxuculara necə təqdim edərdiniz?

 

 - Mən, Rəşidli Atabəy Nahid oğlu. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşam. Hazırda Bakıda yaşayıram. Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsində nəqliyyatda servis ixtisası üzrə təhsil alıram. 

 

- Universitetdə hansı fəaliyyətləriniz var?

 Açıklama yok.

- Azərbaycan Texniki Universitetində YAP Gənclər Birliyinin təşəbbüsü ilə yaradılan “Yenu klub”da koordinator, Qızıl Aypara Cəmiyyətinin sədr müavini vəzifəsini icra edirəm. Bundan əvvəl Tələbə Həmkarlar İttifaqı Komitəsi sədrinin ümumi məsələlər üzrə müşaviri vəzifəsi icra etmişəm. Universitetler arasında keçirilən "Gənc lider" respublika yarışında ikinci yerə layiq görülmüşəm.
Bir dəfə fakültə birincisi seçilmişəm. Bu semstr da seçiləcəm. Cavabları bilirik. Təhsil aldığım müddət ərzində qiymətlərim hər zaman 95+ olub. Son 4 semestr 98-99-100 alıram.

 

- Sizin fikrinizcə, ən böyük uğur nədir?

 

- Ən böyük uğur ailəyə və Azərbaycan Respublikasına layiqli övlad olmaqdır. Hər zaman özündən sonrakı nəsilə, gənclərə örnək olmaq və pis vərdişlərdən uzaq olmaqdır. 

 

 - Universiteti və ixtisası seçərkən ən çox hansı nüanslara diqqət yetirmişdiniz?

 

- Universitetin reytinqi, ixtisas haqqında məlumat, ixtisası bitirdikdən sonra harada işləmək olar, həmin ixtisası bitirən insanların fikirin öyrənmək və s. nüanslara diqqət etmişdim. Düşünürəm ki, bakalavr təhsili üçün bunlara diqqət etmək çox vacibdir.

 

 - Şəxsi inkişafınız üçün üstünlük verdiyiniz məşğuliyyət növləri varmı?

 Açıklama yok.

 - İnsan psixologiyasını və bədən dilini mükəmməl səviyyədə öyrənmək üçün kitablar və təlimlərdə iştirak edirəm. Həmçinin, auditoriya qarşısında aydın və səlis şəkildə danışmaq üçün müəyyən təlimlərə də gedirəm.
 

 - Məlumdur ki, universitetinizdə aktiv tələbə olaraq seçilmisiniz. Digər tələbələrdən fərqlənmək necə bir hissdir?

 Açıklama yok.

- Çox gözəl hissdir. Təbii ki, insan paxıl olmaz. Öz getdiyim yol ilə bacardığım qədər dostlarıma, gənclərə əlimdən gələni edirəm. Digər tələbələrdən uğurlarımızla seçilmək insana qürur verir. Amma bu uğurlarla eqomun artmasına icazə vermirəm. Bar verən ağac başın aşağı əyər. 

 

Şəxsi ehtiyaclarınızı ödəmək üçün ailədən dəstək alırsız, yoxsa işləyirsiz?

 

- İlk vaxtlar ailəm çox kömək olurdu. Hazırda da kömək olur. Sadəcə, təqaüd aldığım üçün az da olsa öz ehtiyaclarımı ödəməyə imkanım olur.

 

- Öz yaşıdlarınıza fəal olmaları üçün nə kimi tövsiyələr verərdiniz?

 

- Tövsiyəm odur ki, pis vərdişlərdən, narkotik və narkotik tərkibli vasitələrdən uzaq olsunlar. Pis dostlardan, məqsədi olmayan, gələcəyini düşünməyən insanlardan kənarlaşsınlar. Bacardıqları qədər kitab oxuyub təlimlərdə iştirak etsinlər və dünyagörüşü çox olan insanlar ilə daimi ünsiyyətdə olsunlar.

 

 - Bəs gələcək üçün ən böyük hədəfiniz nədir?

 

- Ən büyük hədəfim nazirlikdə şöbə müdiri olmaqdır.