Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 12:48:50
Sertifikasiya sualları çətinləşdiriləcək - Nazir  

"Getdikcə sertifikasiya suallarının çətinlik həddi dəyişəcək".

 

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə bildirib.

 

Nazirin sözlərinə görə bu, zamanla reallaşacaq.


“Sertifikasiya imtahanlarının suallarının məzmunu getdikcə çətinləşdiriləcək. Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar", - nazir deyib.

 

E.Əmrullayev söyləyib ki, Azərbaycan dili fənni ilə bağlı standartlarda kifayət qədər dəyişiklik edilib:

 

"Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır".