Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 08:33:52
Deputat sertifikasiyadan keçən müəllimlərin müdafiəsinə qalxdı - Nazirə sorğu GÖNDƏRDİ

Milli Məclisin deputatı Vüqar Bayramov sertifikatlaşdırmanın test imtahanlarından keçən müəllimlərin əməyinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi üçün elm və təhsil naziri Emin Əmrullayevə rəsmi sorğu göndərib.

AzEdu.az saytı xəbər verir ki, bu barədə millət vəkilinin özü bildirib.

“Təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, son günlər bizə olan yüzlərlə müraciət göstərir ki, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əmək haqqı artımları üzrə faizlərin tam differensial ölçülməsi vacibdir”, - deyə Vüqar Bayramov əlavə edib.

Vüqar Bayramovun daha bir qlobal elmi uğuru - AzEdu.az AZƏRBAYCAN TƏHSİL  PORTALI

Deputat bildirib ki, mövcud qaydalarla test suallarının 83.3 faizini düzgün cavablandıran müəllim 50 faiz nəticəsi olan müəllimlə eyni əmək haqqı artımı alır ki, bu da ədalətli yanaşma deyil:

“Digər tərəfdən, sualların hammısını cavablandıran müəllimlə 51 toplayan müəllimin də əmək haqqı artımı eynidir. 51 sualı düzgün cavablandıran müəllim 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 bal az, yəni 50 bal toplayan pedaqoqun əmək haqqı 10 faiz artımla hesablanır”.

Bütün bunları nəzərə alan millət vəkili əmək haqqı artımları üçün aşağıdakı formulanı təklif edib:

- 30-35 bal toplayanlar üçün 10 faiz;
- 36-40 bal toplayanlar üçün 15 faiz;
- 41-45 bal toplayanlar üçün 20 faiz;
- 46-50 bal toplayanlar üçün 30 faiz;
- 51-55 bal toplayanlar üçün 35 faiz;
- 56-60 bal toplayanlar üçün 40 faiz.

“Bu əməyin ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında elm və təhsilə təşviqin daha yüksək güclənilməsinə səbəb ola bilər.
Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğu və təkliflərimizə diqqətlə yanaşdığı üçün inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq”, - deyə deputat vurğulayıb.