Azedu.az

Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə dərc edilib  

Elmi institut və təşkilatlar

3 Oktyabr 2018, 16:59
Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə dərc edilib  

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Ümumdünya Fenomenologiya İnstitutunun "Springer" nəşriyyatında çıxan “Analecta Husserliana” çoxcildliyində “Mən: ilahi nurlanma və sosial reallığın kəsişmə nöqtəsi olaraq” sərlövhəli məqaləsi dərc edilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, azərbaycanlı alim məqaləsində “mən” fenomenini insan varlığının sabit nüvəsi adlandırır, onu ilahi nurlanma və sosial reallıq kimi iki aspektdən araşdırır. Məqalədə “mən” daxili və xarici təsirlərin kəsişmə nöqtəsində götürülməklə yanaşı, həm də ideyalar aləminə və həqiqətin ilahi mənbəyinə açılan bir qapı kimi təhlil edilir.

Dünya Fenomenologiya İnstitutunun yaradıcısı, amerikalı filosof Anna-Teresa Tymienieçkanın xatirəsinə həsr olunan kitabda fenomenologiya üzrə tanınmış mütəxəssislərin müasir ekoloji düşüncənin öyrənilməsinə dair aktual əsərləri toplanıb. Bundan əlavə, burada fenomenoloji antropologiya, təbiətə insani münasibətin ekoloji perspektivləri, canlı və virtual bədənin fenomenologiyası kimi məsələlər də araşdırılır.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox