Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 15:06:41
Qarabağ RTİ-nin müdiri imtahan prosesini izləyib - FOTO

Qarabağ Regional Təhsil İdarəsinə tabeliyində olan təhsil müəssisələri üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir.

 


Proses Ağcabədi şəhər 11 və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə keçirilir.

 

Aucune description disponible.

 


AzEdu.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov sertifikasiyanın test imtahan mərhələsi keçirilən mərkəzlərdə iştirak edib, prosesi izləyib, sertifikasiyada iştirak edən müəllimlərə dəstək olaraq onlara uğurlar arzulayıb.

 

Qeyd edək ki, "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” na uyğun olaraq cari ilin 20-24 iyun tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçiriləcəkdir.

 

Aucune description disponible.

Aucune description disponible.

Aucune description disponible.