Azedu.az

Nazir: “Bəzi ixtisaslar üzrə təhsili 4 ildən 3 ilə endirməyi düşünürük”

21 İyun 2023, 11:55
Nazir: “Bəzi ixtisaslar üzrə təhsili 4 ildən 3 ilə endirməyi düşünürük”

"Tədris proqramını elə dizayn etmək olar ki, bir ixtisası 3 ilə yox, 2 ilə də vermək olar. Lakin bunun üçün zəruri baza olmalıdır".

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

 

O bildirib ki, bu gün dünyada iki qrupa bölünür. Bir qrup texnologiyanı hazırlayandır, digər qrup onlardan istifadə edənlərdir:

 

"Qısa müddətdə texnologiyadan istifadə edən şəxsi yaratmaq mümkündür, lakin qısa müddətdə texnologiya hazırlayan mütəxəssis yetişdirmək mümkün deyil. Hazırda ali təhsil müəssisələrində bəzi ixtisasları 4 ildən 3 ilə endirmək üzərində düşünməyə başlamışıq. Rektorlarla müzakirələrimiz olub ki, ali təhsil müəssisələrində tədris olan hər bir fənn əmək bazarı üçün vacibdirmi, yoxsa yox? Bu uyğunlaşmaya getsək, müddətlərin qısaldılması mümkündür".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox