Azedu.az

Nazir qəbul yerlərinin artırılmasından YAZDI

Təhsil Nazirliyi

9 İyun 2023, 19:50
Nazir qəbul yerlərinin artırılmasından YAZDI

Elm və təhsil naziri Emin Əmrullayev builki tələbə qəbulu planından yazıb.

AzEdu.az xəbər verir ki, nazir sosial mediada qəbul yerlərinin artırılmasına xüsusi diqqət çəkib.

 

"Növbəti tədris ilində ali təhsil müəssisələrinə qəbul prosesində nəzərdə tutulan dövlət sifarişli yerlərin sayı 8% artırılaraq 27691 nəfərə çatdırılıb.

Texniki və texnoloji ixtisaslar üzrə bu artım 14,3% təşkil edir.

Son 5 ildə ali təhsil pilləsi üzrə dövlət sifarişli yerlərin artımı 118% olmuşdur. Başqa sözlə, ali təhsil müəssisələrinə qəbul olunan tələbələr üçün dövlət hesabına ödənişsiz təhsil almaq imkanı 2 dəfədən çox artırılmışdır",- deyə Emin Əmrullayev vurğulayıb.

Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox