Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 14:02:43
Məktəbin İnkişaf Planı üzrə seminar...

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planı (MİP) üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması istiqamətində seminar və görüşləri davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu məqsədlə 18, 35, 38, 75, 154, 173 və 301 nömrəli tam orta məktəblərdə “Sinfin idarə olunması” mövzusunda seminarlar keçirilib. Seminarların keçirilməsində məqsəd iştirakçılara sinfin idarə edilməsi məsələlərində zəruri biliklər vermək, onlarda ilkin bacarıq və vərdişlər formalaşdırmaq olub.

 

Seminarlarda məktəbin idarəetmə heyəti, metodbirləşmə rəhbərləri, Azərbaycan dili, ibtidai sinif və riyaziyyat müəllimləri daxil olmaqla ümumilikdə 197 nəfər iştirak edib. İştirakçılarla sinfin idarə olunmasının mahiyyəti, sinfə nəzarəti təmin etmək üçün intizam modelləri və mənfi davranışların qarşısının alınması yollarının müəyyənləşdirilməsi, həmçinin bununla bağlı tövsiyələr, praktikada sinfin idarə edilməsi üsulları, sinif qaydaları və prosedurlarının hazırlanması mövzuları müzakirə olunub.

 

İnteraktiv formada təşkil edilən seminarlarda iştirakçılara təlim prosesində qarşılaşdıqları problemləri başvermə tezliyinə görə sıralamaları tapşırılıb və müəllimlər tərəfindən təklif edilən həll yolları müzakirə edilib.