Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 13:03:24
Rəqəmsal məktəbdaxili qiymətləndirmə davam edir

2022-2023-cü tədris ilində ölkə üzrə 400-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal təşkil olunur.

 

AzEdu.az xəbər verir ki, bu göstərici ötən tədris ilinə nisbətən 10 dəfə çoxdur. 


 
Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik, bacarıqlarının  artırılması, qiymətləndirmə vasitələrinin hazırlanma  və yoxlanılmasında vaxta qənaət,  texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə, eləcə də kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.  


 
Qeyd edək ki, ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.  


 
Məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021-2022-ci tədris ilindən başlanılıb.