Azedu.az

Bakı Slavyan Universitetində yeni ixtisaslar açıldı - SİYAHI

7 İyun 2023, 13:51
Bakı Slavyan Universitetində yeni ixtisaslar açıldı - SİYAHI

Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə dörd yeni ixtisas (Politologiya, tarix müəllimliyi, tərcümə (rus dili-türk dili), filologiya (türk dili və ədəbiyyatı) ixtisasları) üzrə tələbə qəbulu həyata keçiriləcək.


Bu barədə AzEdu.az-a BSU-dan məlumat verilib.

Bununla da BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 18 olacaq.

Eyni zamanda, magistratura səviyyəsində bir yeni ixtisas - menecment (təhsil sahəsi üzrə) ixtisasına qəbul aparılacaq.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox