Azedu.az

Nazir Qazaxda vətəndaşları qəbul edəcək

7 İyun 2023, 12:18
Nazir Qazaxda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 19 iyun 2023-cü il tarixində Qazax rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak edə bilərlər.

 

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, adları çəkilən rayonların sakinləri 14 iyun 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür. 

 

 

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox