Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-04 09:54:00
Hər üç uşaqdan biri və valideyni məktəb bufetindən narazıdır

Hər üçüncü uşaq və valideyn məktəb yeməkxanasındakı yeməkdən narazıdır.

Azedu.az xəbər verir ki, Rusiya KİV-i bu məlumatı Təhsil Nazirliyinin monitorinqinin nəticəsi olaraq yayıb.

Rəyi soruşulanların 30%-i menyudan, 17%-i soyuq və dadsız yeməklərdən, 16%-i yeməklərin təqdim olunmasından, 15%-i məktəb bufetindəki şəraitdən, 11%-i qeyri-sağlam yeməklərdən və qida mədəniyyətindən şikayət edib.

Eyni zamanda, şəhər sakinlərin 54 faizi, kənd sakinlərinin isə 45 faizi ümumilikdə məktəb yeməklərindən razı qaldıqlarını, lakin bəzən bununla bağlı şikayətlərin də olduğunu bildiriblər.