Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 17:55:08
“UNEC-i tanı” layihəsinin iştirakçıları “Dərs evi”nin abituriyentləri olub

II ixtisas qrupları üzrə hazırlaşan 10-11-ci sinif şagirdlərinə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. UNEC-in xüsusi təqaüd, ikili diplom, mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən bəhs olunub.

 

AzEdu.az xəbər verir ki, mərkəzin abituriyentləri üçün UNEC-də infotur da təşkil olunub. Onlar oxu zalı, 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, tələbə yeməkxanası, UNEC Radio, Extern Mərkəzi ilə tanış olublar. 24/7 kitabxanasının müdiri Arzu Məmmədova, Extern Mərkəzinin əməkdaşları abituriyentlərlə görüşərək, universitet haqqında əlavə məlumat veriblər, onların suallarını cavablandırıblar.

 

“UNEC-i tanı” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.