Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 08:30:00
Bakı yenə tıxacla üz-üzə qalıb - Yolların SİYAHISI

Bakının bir sıra yollarında tıxac yaranıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Hazırda sıxlıq müşahidə olunan yollar bunlardı:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 

5. "20 Yanvar" dairəsində;

 

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 

7. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

 

9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi.