Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 11:43:16
I Qarabağ Müharibəsinin itkin və girov UŞAQLARI

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

AzEdu.az saytı Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının uşaqlarla bağlı rəsmi məlumatlarını təqdim edir:

Birinci Qarabağ müharibəsi (1988–1994) zamanı ermənilərin girov götürdüyü 224 azərbaycanlı uşaq azad edilib.

71 uşağn itkin düşdüyü rəsmən Dövlət Komissiyasında qeydə alınıb.

Onlardan 29 uşağın girovluqda saxlandığı barədə məlumat daxil olub. Qalanların taleyi naməlumdur...

Eyni zamanda, girovluqda olduğu güman edilən həmin 29 uşağın da aqibəti məlum deyil.