Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 10:57:00
Müəllimini təhqir edən şagird cərimələndi

Rusiyanın Yujnouralsk şəhərindən olan məktəbli sosial şəbəkələrdə müəllimini təhqir etdiyinə görə 5000 rubl (105 AZN ) məbləğində cərimələnib.

AzEdu.az saytı xəbər verir ki, bu barədə vilayət prokurorluğunun yaydığı məlumatda bildirilib.

Şagird "VKontakte” sosial şəbəkəsində bədən tərbiyəsi müəlliminin şəklini yerləşdirib və altında təhqiramiz şərhlər yazıb. Nəticədə məktəbliyə qarşı internetdən istifadə edərək ictimai təhqir maddəsi ilə (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 5.61-ci maddəsinin 2-ci hissəsi) inzibati iş açılıb.

Məsələyə şəhər yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyası baxıb və yeniyetməni təqsirli bilib. Bu maddə üzrə maksimum cəza 10.000 rubl (110 AZN ) təşkil edir, lakin şagirdə minimum cərimə təyin edilib.