Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 11:26:00
Deputat müəllimin maaşından narazılıq etdi

Rusiyanın Tomsk şəhər dumasının deputatı Tatyana Boqomolova bildirib ki, bir müəllimin bir saatda aldığı orta əmək haqqı 190 rubl ( təxminən 4 AZN) təşkil edir.

AzEdu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, deputat müəllimlərin maaşından gileylənib.

“İndi vəziyyət elədir ki, məktəblərdəki köməkçi heyət sosial baxımdan müəllimlərdən daha çox qorunur. Maraqlı vəziyyətdir: gənc bir tələbə 18 saat dərs deyir və bunun müqabilində ayda cəmi 18 min rubl alır. Məktəb gözətçisinin aylıq maaşı isə 25 min rubldur” – deyərək o bildirib.

Boqomolovanın sözlərinə görə, müəllimin maaşı daha çox ola bilər, lakin bunun üçün o ikiqat, bəzən isə üçqat yük götürməlidirr. Məsələn, bir ibtidai sinif müəllimi ayda 66 min rubl almaq üçün iki növbədə işləyir və gündə 12 saatını məktəbdə keçirir.

Tomskda hazırda məktəb müəllimlərinin böyük çatışmazlığı var, hazırda 500-ə yaxın vakant yer boşdur. Eyni zamanda, bu vakansiyalar üçün orta əmək haqqı 26 min rubl təşkil edir.