Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 17:45:00
UNEC-in “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 

 

Bu gün AzEdu.az və Azərbaycan İqtisad Universitetinin birgə təşkilatçılığı ilə UNEC-də təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının rəhbəri Elşad Eyvazlı, icraçı direktoru Tünzalə Abbasova, universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova, Dekanlar Şurasının sədri Hafis Hacıyev və həmin statusa layiq görülmüş tələbələr iştirak edib.

 

Tədbir Elnarə Məmmədovanın açılış nitqi ilə başlayıb. Daha sonra Hafis Hacıyev çıxış edərək tələbələri təbrik edib.


Elşad Eyvazlı isə “Brend tələbə”lərə təhsil həyatlarında nailiyyətlər arzulayıb.


Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.

 

Azərbaycan İqtisad Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır: 

 

Aytəkin Əlimərdanova - Rəqəmsal iqtisadiyyat fakültəsi, IV kurs 

 

Ruhəngiz Minacəddinova - UNEC Dizayn Məktəbi, IV kurs 

 

Arif Rəhimov - Rəqəmsal və İqtisadiyyat fakültəsi, III kurs 

 

Nərgiz Əsgərova - İqtisadiyyat və İdarəetmə fakültəsi, III kurs 

 

İlham Abaslı - Biznes və Menecment fakültəsi, II kurs 

 

Səbuhi İmanov - Maliyyə və mühasibat fakültəsi, III kurs 

 

Yaqub Əhmədov - SABAH Mərkəzi , II kurs 

 

Nigar Hüseynzadə - SABAH Mərkəzi, IV kurs 

 

Şahin Allahverdiyev - Beynəlxalq İqtisadiyyat Məktəbi, IV kurs 

 

İdrak Atakişili - Beynəlxalq İqtisadiyyat Məktəbi, IV kurs

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.