Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 11:33:00
Hazırda müəllim işləyənlər MİQ-də iştirak edə bilər? - CAVAB

Mayın 22-də 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə (MIQ) müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Bir çox müəllim üçün MİQ-lə bağlı qaranlıq qalan suallar var. Bunlardan biri də hazırda müəllim kimi çalışan şəxslərin müsabiqədə iştirak hüququna malik olub-olmaması ilə bağlıdır.


AzEdu.az xəbər verir ki, Təhsil İnstitutu İnsan resuraları mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimləri maraqlandıran bu suala cavab verib. 

 

“Dövlət və ümumtəhsil müəssisələrində 3 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi ilə fasiləsiz olatraq çalışan müəllimlıər prosesdə iştirak edə bilərlər”.

 

Əlavə olaraq xatırladaq ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.