Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 10:04:00
Distant təhsil alan məktəblilərin diplom qalmaqalı...

Rusiya Federasiyasının Belqorod vilayətində distant təhsil alan 9-cu sinif şagirdləri dövlət imtahanı vermədən fərqlənmə diplomu alacaqlar.

AzEdu.az saytı xəbər verir ki, bu barədə regional təhsil naziri Andrey Milexin bildirib.

Bundan əvvəl Regional Təhsil Nazirliyi bu il sərhədyanı rayonlardan distant təhsil alan 9-cu sinif şagirdlərinə “dövlət yekun attestasiyasının xüsusiyyətlərinə görə” belə diplomların verilməyəcəyini açıqlamışdı. Belqorod bölgəsində bu, distant təhsilə göndərilən və yekun dövlət imtahanının ləğv edildiyi 284 məktəbin şagirdlərinə aiddir. Məhdudiyyət 11-ci sinif şagirdlərini əhatə etmir.

Valideynlərin şikayətindən sonra Belqorod şəhərinin qubernatoru işə qarışıb. O, Təhsil Nazirliyinə bütün fənlərdən yekun qiymətləri “əla” olan məktəblilərə fərqlənmə attestatının təqdim edilməsinə icazə verilməsi xahişi ilə müraciət edib.

“Bu təşəbbüs Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən ilkin olaraq qəbul olunub və yaxın gələcəkdə normativ sənədlərə müvafiq dəyişikliklər edilməklə qüvvəyə minəcək”- deyə qubernator bildirib.