Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 09:18:00
BDU Masallının 3 məktəbinə kitab hədiyyə edib

Bakı Dövlət Universiteti (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı, N. Həsənov adına Göyəçöl və Bədəlan kənd orta məktəblərinin hər birinə 246 adda 348 nüsxə  kitab hədiyyə edilib.

AzEdu.az xəbər verir ki, hədiyyə olunan kitablar arasında BDU-nun öz nəşrləri, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, Universitet alimlərinin fəaliyyətini əks etdirən nəşrlər, bədii, tarixi, elmi əsərlər yer alıb.

Bundan başqa, qeyd olunan məktəblərdə universitetin professor-müəllim heyəti yuxarı sinif şagirdləri qarşısında Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı mühazirə oxuyublar. Mühazirələrdə şagirdlərlə yanaşı, məktəb müəllimləri də iştirak ediblər. 

Qeyd olunan məktəblərin yuxarı sinif şagirdlərinin öz müəllimləri ilə birlikdə yaxın günlərdə Bakı Dövlət Universitetinə səfərinin təşkili razılaşdırılıb.