Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 08:50:00
Ölkədə ingilis dili üzrə IELTS imtahanları dayandırıldı

Rusiyada ingilis dili biliyinin qiymətləndirilməsi üzrə beynəlxalq IELTS sisteminin bütün imtahanları dayandırılıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Qəzet IELTS şirkətinin açıqlamasından sitat gətirib: "Gərginləşmiş xarici siyasi vəziyyəti nəticəsində IELTS imtahanı təşkilatçıları olan - British Council və Cambridge Assessment English-in qərarı ilə Rusiya Federasiyasınin bütün ərazisində IELTS imtahan sessiyalarının dayandırılması qərara alınıb".

Qəzet yazır ki, şirkət imtahan üçün ödənilən vəsaitlərin tez bir zamanda hazırlıq kurslarına köçürməyi təklif edib, əks halda, hesablar Rusiyada ilk imtahan sessiyaları bərpa olunana qədər dondurula bilər.

"Təəssüf ki, hazırda yeni qeydiyyat üçün mövcud tarixlərin dəqiq vaxtı barədə məlumatımız yoxdur, lakin biz sizin imtahanları ən qısa zamanda təşkil etmək üçün əlimizdən gələni edəcəyik", - deyə şirkətdən bildiriblər.

IELTS dörd hissədən ibarət beynəlxalq ingilis dili imtahanıdır. Bu, ingilis dilini xarici dil kimi öyrənənlərə bilik və dil bacarıqlarının səviyyəsini müəyyən etməyə imkan verir. IELTS balı 0-dan 9-a qədər olan şkala ilə qiymətləndirilir.