Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 09:16:00
Süni intellekt infarktı 99,6% dəqiqliklə müəyyən etdi

Edinburq Universitetinin alimləri süni intellektdən istifadə etməklə infarktın aşkarlanmasını sürətləndirən üsul hazırlayıblar.

AzEdu.az xəbər verir ki, tədqiqat işinin nəticələri "Nature" jurnalında təsvir edilib.

CoDE-ACS adlı alqoritm artıq altı ölkədən 10286 xəstə üzərində sınaqdan keçirilib. O, infarkt diaqnozu qoymaq üçün yaş, cins, EKQ nəticələri və tibb tarixçəsi, həmçinin troponin səviyyələri haqqında məlumatlardan istifadə edir. Bundan sonra süni intellekt hər bir xəstə üçün 0-dan 100-ə qədər ehtimal balı verir. 

Yeni model mövcud ənənəvi üsullarla müqayisədə iki dəfə çox insanda xəstəliyi uğurla aşkar edib. Neyron şəbəkənin dəqiqliyi 9% təşkil edib. Bu görünməmiş sürət bütün dünyada xəstəxanaya yerləşdirilənlərin sayını azaldacaq.

Hazırda ekspertlər Şotlandiyada klinik sınaqlar aparırlar ki, bu da alətin təcili yardım şöbələrinin yükünü xeyli azaldacaq.