Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 12:11:00
“Hər gün dərs demək üçün 250 km yol gedirəm” - Fədakar müəllimlə MÜSAHİBƏ

Azərbaycanda peşə fəaliyyətini yerinə yetirmək üçün uzun yollar qət edən, dərs dediyi məktəbə getmək üçün hər cür çətinliklərə sinə gərən müəllimlər var. 

 

AzEdu saytı həmin fədakar və zəhmətkeş müəllimləri ictimayətə tanıtmaq üçün onlarla silsilə müsahiblər hazırlayır.

 

Bu dəfə haqqında bəhs etdiyimiz müəllim hər gün dərs demək üçün 250 kilometr məsafə qət edir... 


Müsahibimiz Bakı şəhərindən Hacıqabul rayonuna işə gedib-gəlir.

 

AzEdu.az-ın "Fədakar müəllim" layihəsinin növbəti qonağı Samir Həsənovdur

 

No description available.

- Samir müəllim, sizi oxucularımıza necə təqdim edək?

- Mən, Həsənov Samir Məhəmməd oğlu 3 oktyabr 1985-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olmuşam. 2003-cü ildə 246 nömrəli tam orta məktəbi bitirmişəm. 2003-2007-ci illərdə texniki sahədə ali təhsil almışam. 2009-2014 cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat müəllimliyi ixtisasını bitirmişəm.
2019-cu ildə Bakı Mühəndislik Universitetində MBA proqramı üzrə magistraturanı bitirmişəm. 2011-2016-cı illərdə İctimai iaşə xidmətləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində, 2016-2017-ci illərdə Turizm və sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində müəllim vəzifəsində işləmişəm. Ailəliyəm, 2 övladım var.
 

- Hazırda hansı məktəbdə fəaliyyət göstərirsiniz?

Açıklama yok.


- 2017-ci ildə Təhsil Nazirliyinin MİQ müsabiqsində imtahan verərək, Hacıqabul rayonunun Atbulaq kəndə tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə qəbul olunmuşam.
Hazırda Atbulaq kənd tam orta məktəbində riyaziyyat müəllimiyəm. 5b, 10a, 10b,  11a, 11b siniflərində riyaziyyat fənnini tədris edirəm. 1 stavka dərsim var. Atbulaq məktəbində peşə koordinatoru, həm də "metodbirləşmə"nin sədriyəm.

 

- Məktəbi dəyişmək barədə fikirləşmisiniz?

- Kənd məktəbində işləmək mənim arzum olub. Kollektivdə xoş auranın olması, şagirdlərimi çox istəməyim əsas verib ki, məktəbi dəyişmək istəməyim.

- Yola nə qədər xərciniz çıxır? Aldığınız məvacib sizi qane edir?

- Həftədə 5 dəfə işə gedib-gəlirəm. Yol xərcim gündəlik 6-7 manat, aylıq 120-140 manat təşkil edir. Məsafə uzaq olduğundan vaxtımın böyük hissəsi yola sərf olunur.  Aldığım məvacib bütün tələbatlarımı ödəməsə də, ümumiyyətlə qane edir.

- Belə işləməyinizə ailənizin münasibəti necədir?

- Ailəmin münasibəti yaxşıdır. Atam da 1973-1976-cı illərdə Laçın rayonu köhnə Çorman və Fərraş kəndində müəllim işləyib.

- Bəs peşənizi dəyişməyi heç düşünmüsünüz?

Açıklama yok.

- Qətiyyən, dəyişmək istəməmişəm. Mən öz peşəmin vurğunuyam.